“Barselona”nın yeni transferi Hektor Bellerin Kataloniya klubunda oynamaq üçün böyük fədakarlıq edib.
Offsideplus.az xəbər verir ki, cinah müdafiəçisi Kataloniya təmsilçisində oynamaq üçün maaşının böyük hissəsindən imtina edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bundan başqa 27 yaşlı oyunçu karyerasını İspaniya nəhəngində davam etdirmək üçün A Seriyasından edilən iki təklifi də qəbul etməyib.
Qeyd edək ki, Bellerin bir müddət öncə “Barselona” ilə bir illik sözləşmə imzalayıb.