3 nəfər silahlı şəxs "Real"ın futbolçusu Dani Karvahalın evini qarət etmək istəyib.
Offsideplus.az xəbər verir ki, oğrulr 30 yaşlı müdafiəçinin Boadilya del Monte şəhərindəki mənzilinə girib. Onlar həyəcan siqnalı işə düşdükdən sonra qaçıblar. İspaniya polisi məsələ ilə bağlı araşdırma başladıb.
Qeyd edək ki, qarət zamanı Karvahal evdə olmayıb.