İspaniya La Liqasının 3-cü turu çərçivəsində bu gün öz meydanında "Valyadolid"lə üz-üzə gələcək "Barselona" matç üçün iştirak ərizəsini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, siyahıda Kataloniya təmsilçisinin yeni transferi Jül Kundenin də adı var.

Xatırladaq ki, bir müddət öncə klubun "Sevilya"dan 50 milyon avroya aldığı Kundeni sifariş edə bilmədiyi barəsində xəbərlər yayılmşdı.

Qeyd edək ki, fransalı mərkəz müdafiəçisinin xidmətindən yararlana bilmək üçün "Barsa"nın maliyyə feyr-pleyinin tələblərinə əməl edərək, daha 20 milyon avro gəlir qazanmaq məcburiyyətində olduğu bildirilmişdi.