"Barselona" klubunun futbolçusu Samuel Umititinin gələcəyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı müdafiəçini icarəyə verəcək. O, karyerasını İtaliya "Leççe"sində davam etdirəcək. Tərəflər artıq razılığa gəliblər.

Qeyd edək ki, Umititi ötən mövsüm La Liqada cəmi 1 oyuna çıxıb.