"Real" "Mançester Yunayted"lə anlaşan Karlos Kazemironun əvəzedicisini "Tottenhem"də tapıb.

Offsideplus.az "Football Insider"ə istinadən xəbər verir ki, "Kral klubu" "Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Hoybyerq ilə yaxından maraqlanır. London təmsilçisi isə danimarkalı futbolçunun komandada qalacağından əmindir.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti Kazemiro yerinə Valverdi, Çuameni, Kamavinqa kimi futbolçuları oynada biləcəyini açıqlamışdı.