"Real"ın satdığı ən bahalı 5 futbolçu sırasına Karlos Kazemiro da qoşulub.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" brazliyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəyəcək. Bununla da, Kazemiro "Kral klubu"nun ən baha satdığı 3-cü futbolçu olub.
İlk pillədə 105 milyon avro ilə 2018-ci ildə "Yuventus"a transfer edilən Kriştiano Ronaldo qərarlaşıb. İkinci yerdə 75 milyon avro ilə Anxel di Mariyadır ("Mançester Yunayted").
Alvaro Morata 66 milyon avro ilə dördüncü ("Çelsi"), Rafael Varan isə 50 milyon avro satı qiyməti ilə beşincidir ("Mançester Yunayted").