"Atletiko Madrid" "Mançester Yunayted"in Joao Feliksin transferi üçün etdiyi təklifi rədd edib.
Offsideplus.az "AS"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 22 yaşlı vinger üçün Madrid təmsilçisinə 130 milyon avro təklif edib. İspaniya klubu isə futbolçunun komandanın ayrılmaz parçası olduğunu qeyd edərək, təklifi geri çevirib.
Joao Feliksin də "Atletiko"da oynamaqdan məmnun olduğu bildirilir.
Qeyd edək ki, Feliks 2019-cu ildə 129 milyon avroya "Benfika"dan "Atletiko"ya transfer olunub.