"Real"ın braziliyalı müdafiəçisi Karlos Kazemiro İngiltərə Premyer Liqası klublarının hədəfindədir.

Offsideplus.az "90 min"ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə maraqlanan klubların sırasına "Çelsi" də qoşulub. Todd Boli braziliyalı üçün təklif irəli sürməyi planlaşdırır.

Kazemironu İngiltərənin "Mançester Yunayted" klubu da heyətinə qatmaq istəyir. "Qırmızı şeytanlar" Karlos üçün 70 milyon avro ödəməyə hazır olsa da, baş məşqçi Karlo Ançelotti heç bir futbolçunun komandadan ayrılmasını istəmir.

Qeyd edək ki, 2013-cü ildən "Real"ın formasını geyinən Kazemironun "Kral klubu" ilə müqaviləsinin müddəti 2025-ci ilin iyul ayında başa çatır.