"Barselona" klubunun futbolçusu Cerard Pike klubu üçün fədakarlıq edib.
Offsideplus.az "The Atletic"ə istinadən xəbər verir ki, 35 yaşlı mərkəz müdafiəçisi maaşının azaldılmasına razılıq verib.
Kataloniya təmsilçisi La Liqa rəhbərliyinin qoyduğu maaş və xərcləmə limitini aşdığına görə yeni transferlərini qeydiyyatdan keçirə bilmir. Bu səbəbdən bir neçə yüksək məvacib alan oyunçularından maaşlarının azaldılmasını xahiş edib. Uzun müddət aparılan danışıqlardan sonra ispaniyalı futbolçu "Barselona" ilə anlaşıb.
Xəbərə görə, Pikenin 2024-cü ilin yayınadək olan müqaviləsi qüvvədə qalacaq. Bu razılaşma onun yalnız maaşına təsir edəcək.
Qeyd edək ki, "Barselona" yay transfer pəncərəsində 5 futbolçunun keçidini reallaşdırıb. Onlar Andreas Kristensen, Frank Kessye, Robert Levandovski, Jül Kunde və Rafinyadır. Klub bu transferlər üçün bütövlükdə 153 milyon avro ödəyib.