"Barselona" klubu daha bir futbolçu ilə anlaşıb.

 Offsideplus.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, Kataloniya təmsilçisi "Çelsi"nin ispaniyalı müdafiəçisi Markos Alonso ilə razılıq əldə edib.

Keçidin tezliklə rəsmən açıqlanması gözlənilir. 31 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün ödəniləcək məbləğ isə bəlli deyil.

Qeyd edək ki, "Barselona" bundan əvvəl "zadəganlar"ın daha bir müdafiəçisi Andreas Kristenseni sıralarına qatıb.