"Barselona"nın futbolçusu Rikardu Puç karyerasını ABŞ-də davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı mərkəz yarımmüdafiəçisi "Los-Anceles Qalaksi"yə transfer olub. MLS təmsilçisi Puç ilə 3 il yarım müddətində müqavilə imzalayıb.

Qeyd edək ki, "Barselona" yetirməsi olan Riki Puç 2018-ci ildən "katalonlar"ın formasını geyinirdi.