“Atletik” klubu yarımmüdafiəçisi Ander Kapa ilə müqaviləsini uzadıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə 2 illik yeni sözləşmə imzalanıb.
İspaniyalı vingerin klubla əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi. O, 2018-ci ildən Bilbao təmsilçisinin uğurları üçün çalışır. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 105 oyunda 5 qol vurub. O, daha öncə “Eybar”da forma geyinib.