"Barselona" klubu İspaniya millisinin və "Çelsi"nin kapitanı Sesar Asplikueta ilə danışıqları dayandırıb.
Offsideplus.az xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin London təmsilçisi ilə müqaviləsinin avtomotik olaraq, daha bir il uzanması səbəb olub.
"Zadəganlar"ın maliyyə tələbini qarşılamaqda çətinlik çəkən Kataloniya klubu danışıqlar prosesini dondurub.