“Barselona” klubunun sabiq baş məşqçisi Ernesto Valverde “Atletik”ə qayıdıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis, üçüncü dəfə “Atletik”in baş məşqçisi təyin edilib. Buna qədər Valverde 2003-2005 və 2013-2017-ci illərdə də Bilbao təmsilçisini çalışdırıb.

Qeyd edək ki, Valverdenin rəhbərliyi altında “Barselona” 2 dəfə La Liqa, hərəsi 1 dəfə İspaniya kuboku və superkuboku olmaqla 4 titul qazanıb.