“Mançester Siti” klubunun portuqaliyalı futbolçusu Bernardo Silva “Barselona”da oynamaq istəyir.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Frenki de Yonq bu yay Kataloniya klubunu tərk edəcəyi halda, baş məşqçi Xavi Silva ilə müqavilə bağlanmasını istəyir.

Silva ötən mövsüm Premyer Liqada 35 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib.