PSJ ilə yollarını ayıran  Anxel di Mariya "Barselona"ya keçməyə yaxındır.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 34 yaşlı argentinalı oyunçu Kataloniya klubunda oynamaq istəyir. Bu barədə hər iki tərəf arasında təmaslar olub. O, azad agent kimi İspaniya nəhənginə transfer olunacaq.

Qeyd edək ki, Di Mariya 2015-ci ildən PSJ-də çıxış edirdi.