Madrid "Real"ı "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqlə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun ingiltərəli hücumçuya marağı PSJ-nin futbolçusu Kilian Mbappenin "Real"a keçməkdən imtina etməsindən sonra daha da artıb. Sterlinq isə İngiltərə millisinin Millətlər Liqasında iyunda keçiriləcək matçlarından sonra gələcəyi ilə bağlı qərar verəcəyini vurğulayıb.

Qeyd edək ki, təcrübəli hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.