Madrid "Real"ının futbolçusu Marselo bu yay komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə braziliyalı müdafiəçi Çempionlar Liqasının finalında "Liverpul"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib: "Bəli, bu, mənim "Real"da son matçım idi".

Qeyd edək ki, 34 yaşlı oyunçu 2007-ci ildən "kral klubu"nda oynayır.