"Fənərbağça"nın futbolçusu Migel Krespo karyerasını İspaniyada davam etdirəcək.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, "Atletiko" 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Madrid klubu bu keçid üçün İstanbul nəhənginə 15 milyon avro ödəyəcək.

Portuqaliyalı futbolçunun "sarı-lacivərtlilər"lə sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, Krespo 2021-ci ilin yayından "Fənərbağça"da çıxış edir.