"Barselona" heyətini yeni futbolçu ilə gücləndirəcək.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Sevilya"dan ayrılmaq istəyən Jül Kundeni transfer edəcək. Hətta Əndəlüs təmsilçisinin idman direktoru Fernando Navvaronun Xavi ilə münasibətlərinin yaxşı olması bu keçidi asanlaşdıra bilər.
23 yaşlı müdafiəçinin "Sevilya" ilə sözləşməsi 2024-də başa çatır.
Qeyd edək ki, Kunde 2019-cu ildə "Bordo"dan La Liqa klubuna keçib.