"Barselona" klubu "Çelsi"nin kapitanı Sezar Aspilikueta ilə anlaşıb.

Offsideplus.az İspaniyanın "AS" nəşrinə istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi mövsümün sonunda Kataloniya təmsilçisinə keçəcək.

Onunla 2+1 illik müqavilə imzalanacaq. Aspilikueta illik 13 milyon avro maaş alacaq.

Qeyd edək ki, Sezar Aspilikueta 2012-ci ildən "Çelsi"nin formasını geyinir.