"Barselona" klubu yay transfer pəncərəsi dövründə müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi artıq bu mövqe üçün seçimini də edib. La Liqa klubunun baş məşqçisi Xavi Ernandes "Napoli"nin futbolçusu Kalidou Koulibalini transferində israrlıdır.

"Barselona" rəhbərliyi artıq Kulibali üçün danışıqlara da başlayıb.

"Napoli" isə onun üçün ən az 40 milyon avro istəyir.