Madrid "Real"ı "Çelsi"nin daha bir futbolçusuna göz dikib.

 Offsideplus.az "goal.com"a istinadla xəbər verir ki, İspaniya təmsilçisi "zadəganlar"ın cinah müdafiəçisi Ris Ceymsi sıralarına qatmağa hazırlaşır.

Məlumata görə, "kral klubu"nun rəhbərliyi 22 yaşlı ingiltərəli futbolçunun keçidini həll ütməkçün hazırda Premyer Liqa komandasıyla danışıqlar aparır.

Müzakirələrin "Real" üçün müsbət məcrada keçdiyi bildirilir.

Qeyd edək ki, "Çelsi" akademiyasının yetirməsi olan Ceyms 2018-ci ildən əsas komandada çıxış edir.

Xatırladaq ki, La Liqa klubu bundan əvvəl Antonio Rüdigerin keçidini həll etmişdi.