"Barselona" klubunun ulduz hücumçusu Memfis Depay karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı niderlandlı oyunçu "Tottenhem" komandasının bu yay üçün əsas transfer hədəfidir. Futbolçunun özünün də Kataloniya təmsilçisinin sıralarını tərk etmək niyyətində olduğu bildirilir.

Bildirək ki, 2021-ci ilin yayında "Olimpik Lion"dan ayrılan Depay "Barselona"ya azad agent statusu ilə qoşulub. Bu mövsüm İspaniya La Liqasında 20 matça çıxan Niderland millisinin üzvü 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.