"Osasuna" baş məşqçisi Jaqoba Arrasate ilə sözləşməni uzadıb.
Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi 43 yaşlı mütəxəssislə 2024-cü ilədək yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, təcrübəli mütəxəssis 2018-ci ildən "Osasuna"nı çalışdırır.