Lionel Messi "Barselona"dan ayrılsa belə, bu haqda olan söhbətlər səngimək bilmir.
Offsideplus.az xəbər verir ki,İspaniyanın "El Pais" qəzeti şok xəbərlə futbol aləmini alt-üst edib. Belə ki, argentinalı oyunçunun Kataloniya klubundan getmə səbəbinin Jerar Pike olduğu yazılıb.
Bildirilib ki, İspaniya nəhəngi maaşını qarşılamağa gücü çatmayan Messi ilə yeni müqavilə bağlamayacağını bildirib. Daha sonra Jerar Pike hazırkı prezident Joan Laporta ilə görüşündə komandanın maliyyə vəziyyətinin yaxşı duruma gəlməsi üçün argentinalı ulduzla yollarının ayrılmasının düzgün olacağını vurğulayıb.
Hətta İspaniya mediası bunu "Pikenin Messiyə xəyanəti" kimi qələmə verib.
Qeyd edək ki, Messi bu mövsümün əvvəlində PSJ-yə keçib.