"Real" futbolçusu Karlos Kasemiro ilə yolları ayıra bilər.
Offsideplus.az "El Nacional"a istinadən xəbər verir ki, "kral klubu"nun yayda 29 yaşlı oyunçu satmaq kimi varinatının olduğu bildirilib. Brazilyalı yarımmüdafiəçi ilə PSJ yaxından maraqlanır. Əgər Fransa təmsilçisi "sambaçı" üçün yaxşı təklif irəli sürəcəyi halda, bu transferin gercəkləşəcəyi gözlənilir.
Kasemironun La Liqa klubuyla hazırkı sözləşməsi 2025-ci ildə başa çatır.
Qeyd edək ki, Brazilya millisinin üzvü 2013-cü ildən "Real"da çıxış edir.