"Barselona" klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Ronald Arauxo sıradan çıxıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Arauxo İspaniya Kubokunun "Linares"ə qarşı keçirilən matçında (2:1) əlindən zədələnib.