"Barselona"nın yeni transferi Fernan Torres koronavirusa yoluxub.

 Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçunun COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bundan başqa komandanın digər üzvü Pedri də virusa yoluxub. 

Qeyd edək ki, Kataloniya klubu Torresi "Mançester Siti"dən 55 milyon avroya heyətinə qatıb. Onunla 2027-ci ilə kimi müqavilə imzalanıb.