Türkiyənin "Fənərbağça" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az İspaniyanın "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" Kataloniya təmsilçisinin fransalı ümdafiəçisi Samuel Umtitiylə güclənməyə yaxındır.

28 yaşlı futbolçunun "Fənərbağça"nın təklifini qəbul etdiyi bildirilir. Keçidin isə qış transfer dövründə reallaşacağı gözlənilir. Super Liqa klubunun Umtiti üçün  nə qədər məbləğ təklif etdiyi barədə hələlik informasiya yoxdur.

Qeyd edək ki, təcrübəli oyunçu 2016-cı ildən "Barselona"nın şərəfini qoruyur.