Madrid "Real"ı heyətini erməni əsilli futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az "Championat.com"a istinadən xəbər verir ki, La Liqa təmsilçisi Rusiyanın "Dinamo"(Moskva) klubunda çıxış edən Arsen Zaxaryanı sıralarına qatmaq istəyir. "Kral klubu" Rusiyada doğulan və bu ölkənin milli komandasında da forma geyinən 18 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə nə az nə çox, 20 milyon avro təklif edir. Bu məbləğ bonuslarla birlikdə 25 milyon avro da ola bilər.

Keçidin gələn ilin yayında reallaşdırılması gözlənilir.

Qeyd edək ki, Zaxaryan bu mövsüm "Dinamo"nun heyətində çıxdığı 18 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.