"Barselona" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Yuventus"un müdafiəçisi Matteys De Liqti sıralarına qatmaq niyyətindədir. "Qoca sinyora"dan ayrılmaq qərarına gələn niderlandlı futbolçunun da "Barselona"ya keçmək istədiyi bildirilir.

Onun sərbəstqalma məbləği isə 120 milyon avrodur.

Qeyd edək ki, 22 yaşlı De Liqt 2019-cu ildə "Ayaks"dan "Yuventus"a transfer edilib.