Madrid "Atletiko"su heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Fransa "Lill"inin müdafiəçisi Zeki Çeliklə maraqlanır. Trippyerlə yollar ayrılacağı təqdirdə, "Atletiko" Türkiyə millisinin üzvünü almağa çalışacaq.

Qeyd edək ki, Z.Çelik bu mövsüm 21 oyunda meydana çıxıb.