"Barselona" mövsümün əvvəlində Avstriya təmsilçisi "Rapid Vyana"dan icarəyə götürdüyü Yusuf Dəmir ilə yolları ayırır.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu türk əsilli avstriyalı oyunçunu birdəfəlik heyətinə qatmaqdan imtina edib. İspaniya nəhəngi daha 2 transfer edəcəyi üçün adı çəkilən futbolçunun xidmətinə ehtiyac duymur.
18 yaşlı oyunçu yanvarda "Barselona"dan ayrılacaq.
O,"Barselona" tarxində Messidən sonra Çempionlar Liqasında meydana çıxan "ən gənc oyunçu" kimi də tarixə düşüb.
Qeyd edək ki, Avstriya yığmasının üzvü bu mövsüm "Barsa" ilə 9 maçtda 290 dəqiqə meydanda olub.