“Real” “Santyaqo Bernabeu” stadionunun təmir işlərini artırmaq üçün 225 milyon avro məbləğində kredit götürüb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki "kral klubu" ilk layihədə planlanmayan yeraltı istixana tikəcək.
Bu istixana vasitəsiylə stadionun ot örtüyü yaxşı vəziyyətdə qalacaq.
Madrid təmsilçisi götürdüyü 225 milyon krediti 27 il ərzində 1.53 faizlə geri ödəyəcək.