Madrid "Real"ının braziliyalı müdafiəçisi Marselo yayda komandanın sıralarını tərk etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “Fluminense”yə qayıda bilər. "Sambaçı"məhz bu klubdan 2007-ci ilin yanvarında "Real"a keçib.

Qeyd edək ki, Marselonun "Real"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.