"Barselona" klubu heyətini daha bir futbolçuyla gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "qırmızılar"ın misirli hücumçusu Məhəmməd Salahı sıralarına qatmaq istəyir. Komandanın yeni baş məşqçisi Xavi Ernandes 29 yaşlı hücumçunu sərəncamında görməkdə israrlıdır.
Salahın hansı qərarı verəcəyi isə maraqla gözlənilir.
Qeyd edək ki, adıçəkilən forvardın "Liverpul"la 2023-cü ilədək müqaviləsi var.