"Barselona"nın ulduz futbolçusu Felipe Koutinyo komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı forvard "Nyukasl"a keçəcək.

Daha əvvəl bu transferə müsbət yanaşmayan oyunçu, artıq bu istəyini klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, Koutinyo 2018-ci ildə 135 milyon avroya "Liverpul"dan Kataloniya klubuna keçib.