“Barselona” klubunun zədəli futbolçusu Pedrinin son durumu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Pedri bu mövsüm “Barselona” ilə 4 oyuna çıxıb.