"Real" növbəti mövsüm üçün heyətinə yeni futbolçu qatmağı planlayır.
Offsideplus.az xəbər verir ki, "kral klubu" "Mançester Siti"yə məxsus olan və hazırda icarə əsasında "Sportinq" ( Lissabon) formasını geyinən 22 yaşlı ispaniyalı oyunçu Pedro Porronu transfer etmək niyyətindədir.
Qeyd edək ki, Pedro 2019-cı ildə "şəhərlilər"ə transfer olunub.