"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Nyukasl"a keçməkdən imtina edib.
Offsideplus.az "Diario Sport"a istinadən xəbər verir ki, 29 yaşlı almaniyalı qolkiperə "sağsağanlar"ın yeni layihəsi inandırıcı gəlməyib. Bu səbəbə görə, o, bu keçidə müsbət yanaşmayıb.
Qeyd edək ki, Ştegen 2014-cü ildən Kataloniya klubunun şərəfini qoruyur.