"Barselona" klubu sıralarını daha bir futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az "Sport"a istinadən xəbər verir ki, Xavinin Kataloniya təmsilçisinin "sükanı arxasına" keçməsiylə komandanın transfer işləmlərində xeyli canlanma yaranıb.

Bir neçə gün əvvəl keçmiş futbolçusu Dani Alvesi yenidən heyətinə cəlb edən "Barselona" növbəti sabiqini də qaytarmağa hazırlaşır. Belə ki, La Liqa nəhəngi hazırda "Liverpul"da top qovan Tiaqo Alkantaranı geri gətirmək üçün hərəkətə keçib.

Xavinin istəyi ilə danışıqların ilkin mərhələsinə başlanılıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi peşəkar karyerasına 2008/11-ci illərdə "Barselona"nın B komandasında başlayıb. O, 2009/13-cü illərdə Kataloniya təmsilçisinin əsas komandasında çıxış edib. 2020-ci ildən isə "Liverpul"un uğurları üçün çalışır.