"Barselona"nın yeni baş məşqçisi Xavi transfer çalışmalarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis "Çelsi"nin amerikalı oyunçusu Kristian Pulişiçi heyətində görmək istəyir. Kataloniya klubunun adı çəkilən futbolçunu icarəyə götürmək variantı da var.

Qeyd edək ki, 23 yaşlı Pulişiç 2019-cu ildə 64 milyon avroya "Borussiya" (Dortmund) klubundan "zadəganlar"a keçib.