"Real"ın sabiq futbolçusu Xese maraqlı açıqlaması ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu PSJ-də birlikdə çıxış etdikləri Mbappe haqda danışıb:

"O, mənə bir gün "Real"da oynayacağını dedi. Bunun 2-3 il içində baş verəcəyini bildirmişdi".

Qeyd edək ki, Xese 2013/2016 "Real"ın, 2016/2020-ci illər aralığında isə PSJ-nin şərəfini qoruyub.