"Barselona"nın yeni baş məşqçisi olacaq Xavi Ernandes yanvarda klubun sıralarını yeni futbolçuyla gücləndirmək istəyir.
Offsideplus.az "El Nacional"a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis ilk olaraq hücum xəttindən başlamaq niyyətindədir. Belə ki, o, Çinin "Becinq Quan" klubunda çıxış edən Sedrik Bakambunu sərəncamında görmək istəyir.
Mütəxəssisin istəyi ilə Kataloniya təmsilçisi qarşı tərəflə rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, 30 yaşlı fransalı hücumçu bundan əvvəl də La Liqada çıxış edib. O, 2015/18-ci illərdə "Vilyareal"ın şərəfini qoruyub. Bundan qabaq isə Sedrik "Bursaspor"da top qovub.