Madrid "Atletiko"su heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi "Fənərbağça"nın müdafiəçisi Attila Szalay üçün qarşı tərəflə danışıqlar aparır.

İspaniyanın "Todofichajes" nəşrinin yazdığına görə, "Atletiko" macarıstanlı oyunçu üçün 20 milyon avro ödəməyə hazırdır. Onun keçidinin qış transfer dönəmində həll ediləcəyi gözlənilir.

Qeyd edək ki, Szalay "Apollon"(Limassol) klubundan "Fənərbağça"ya keçib.