"Əl-Sədd" Xavi üçün Kataloniya klubuna şərt qoyub.
Offsideplus.az xəbər verir ki, "Əl-Səddin" belə qərar qəbul etməsinə səbəb "Barselona"nın prezidenti Joan Laportanın Dohaya səfərə getməməsi olub. Rəhbərlik Qətərə vitse-prezident Rafa Yuste və idman direktoru Mateu Alemani yollayacağı gözlənilir. La Liqa təmsilçisi Xavinin "Əl-Sədd"lə müqaviləsinə son verməsinə görə qarşı tərəfə 1 milyon avro ödəməli idi. Amma "Əl-Sədd" danışıqlarda güzəştə getməkdən imtina edib. Sözügdən komanda təklifin şəxsən Joan Laporta tərəfindən olunmasını tələb edir.
Qeyd edək ki, Xavinin "Əl-Sədd"lə müqaviləsi 2023-də başa çatacaq.