İspaniya La Liqasının XVIII turu çərçivəsində “Barselona” doğma meydanda “Levante” ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, matça start heyətində başlayan iki oyunçu – Lionel Messi və Andreas İnyesta üçün görüş yubileylə əlamətdar olub. Argentinalı üçün bu, İspaniya çempionatı çərçivəsində 400-cü qarşılaşmadı. 30 yaşlı hücumçu geridə qalan 399 oyunda 364 qola imza atıb.
İnyesta isə bu qarşılaşma ilə birlikdə “Barselona” formasında bütün turnirlərdə 650-ci görüşünü keçirib.
Qeyd edək ki, ilk hissəsi başa çatan oyunda “Barselona” 2:0 hesabı ilə öndədi.
apasport.az