İspaniyanın radio kanalının aparıcısı Lorena Qonzeles işdən qovulub.
Offsideplus.az xəbər verir ki, "RTVE"nin müxbiri Qonzales "Real"ın futbolçusu Eduardo Kamavinqanın təqdimatı zamanı fransalı futbolçuya dediyi irqçi ifadələr İspaniyada gündəm olub. Sözügedən aparıcı mikrafonun bağlı olduğunu zənn edərək bu sözləri deyib: "Bu adam klubun formasının rəngindən də qaradır".
Qeyd edək ki, Kamavinqa bu mövsüm "Renn"dən "kral klubu"na keçib.