"Barselona"nın Avstriyanın "Rapid" klubundan satınalma bəndi daxil olmaqla icarəyə götürdüyü Yusuf Demirin işləri yaxşı getmir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman 18 yaşlı vingeri 5 matçda sınaqdan çıxarıb və onun performansından narazıdır.
İspaniyanın "Sport" qəzetinin yaydığı məlumatda Demirin klubdan göndəriləcəyi bildirilir.
Qeyd edək ki, 500 min avroya icarəyə götürülən türk əsilli avstriyalı futbolçunun satınalma məbləği 10 milyondur.